Ramosa görə “Real”dan ayrılmaq istəyir - YOLA GETMİRLƏR

29 Dekabr 2020 01:38 İspaniya 1 285
Ramosa görə “Real”dan ayrılmaq istəyir - YOLA GETMİRLƏR

"Real”ın yarımmüdaffiəçisi İsko klubdan ayrılmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə “kral klubu”nun rəhbərliyinə bildirib və transferə çıxarılmasını istəyir.

İsko bir müddət əvvəl komandanın kapitanı Serxio Ramosla mübahisə edib. O, az şans qazanmasının səbəbinin də bu məsələ ilə bağlı olduğunu düşünür.

İsko ilə İngiltərənin “Çelsi” və “Arsenal” klubları yaxından maraqlanır. 2013-cü ildən “Real”da çıxış edən yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bu mövsüm La Liqada 13 oyuna çıxan İsko, qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM