“Real”la “Barselona”nın futbolçularına “elçi düşdü” - La Liqa klubu

28 Dekabr 2020 01:24 İspaniya 1 039
“Real”la “Barselona”nın futbolçularına “elçi düşdü” - La Liqa klubu

“Xetafe” heyətinə “Real” və “Barselona”dan futbolçu cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə La Liqa klubunun “Real”dan Takefusa Kubonu, “Barselona”dan isə Karles Alenyanı icarəyə götürmək istədiyi bildirilib.

Alenya bu mövsüm “Barselona” ilə iki oyuna çıxıb. Kubo isə icarə əsasında “Vilyarreal”da çıxış edir. “Vilyarreal” futbolçunun performansından razı qalmadığı üçün onu qış fasilsəində “Real”a geri göndərəcək.

“Xetafe” La Liqada 12-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM