Messi "Barselona"da 2 baş məşqçini seçdi

27 Dekabr 2020 13:40 İspaniya 1 284
Messi "Barselona"da 2 baş məşqçini seçdi

"Barselona"nın ulduzu Lionel Messi indiyədək birgə çalışdığı baş məşqçilərdən ən yaxşılarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu Xosep Qvardiola ilə Luis Enrikeni fərqləndirib.

35 yaşlı forvard bildirib ki, Qvardiola xüsusilə seçilir: "Pep sizi hər şeyə fərqli bucaqdan yanaşmağa məcbur edir. Hazırlığı, müdafiə və hücumdakı taktiki göstərişləri o, dəqiqliklə izah edirdi.

Qvardiola və Enrike ilə işlədiyim üçün şanslıyam. Bu iki baş məşqçi ən yaxşılarıdır. Onlar mənim futbolçu kimi böyüməyimə xeyli kömək etdilər və taktiki planda çox şey öyrətdilər".

Xosep Qvardiola "Barselona"da 2008 - 2012-ci, Luis Enrike isə 2014 - 2017-ci illərdə baş məşqçi olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM