Messi: "Futbol çox dəyişib, hər kəs üçün çətindir"

23 Dekabr 2020 12:20 İspaniya 611
Messi:  "Futbol çox dəyişib, hər kəs üçün çətindir"

“Barselona”nın hücumçusu Lionel Messi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, futbol oynamağın çətinləşdiyini bildirən argentinalı futbolçu, La Liqadakı vəziyyətə də toxunub:

“Hər zaman bütün titulları qazanmağa çalışırıq. La Liqada bu qədər xal itirməməliydik, amma tədricən inkişaf edirik. Turnir cədvəlində irəliləmək üçün qarşıdakı oyunlarda qalib gəlməliyik.

Pandemiya dövründə oyunlar çətinləşdi. Futbol çox dəyişib, hər kəs üçün çətindir, amma zamanla düzələcək.

Azarkeşlər olmadan oynamaq qorxuncdur. Oyun oynayırıq, amma bizə elə gəlir ki, sadəcə məşq keçirik. Azarkeşlər olmadan oynamaq çox çətindir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti