Lionel Messi “Barselona”nın durumu barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Leo komandanın uğursuz oyunlarının səbəblərini deyib.
O, əvvəlki gücü qaytarmaq üçün də nəyin lazım olduğunu açıqlayıb: “Barsa” Çempionlar Liqasını və Primeranı qazana bilərmi? Biz bütün titulları qazanmağa cəhd göstərəcəyik.
Bu planımız ənənəvidir və heç bir dəyişiklik yoxdur. Tədricən inkişaf edəcəyik. Amma bu qədər xal itirməməliydik.
Nəyin hesabına yaxşı nəticə əldə edə bilərik? Qələbələrin ardıcıl olması çox vacibdir. Belə olsa, turnir cədvəlində üst pillələrə yüksələ bilərik.
Bunun üçün də bizə vaxt lazımdır. Üstəlik, pandemiya ucbatından da çətinliklər yaranır. Onu da etiraf edək ki, futbol xeyli dəyişib. İndi hamı üçün çətindir. Amma tədricən hər şey qaydasına düşəcək”.

