Messi Peleni təkrarladı

20 Dekabr 2020 01:38 İspaniya 1 579
Messi Peleni təkrarladı

"Barselona"nın kapitanı Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün qol rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin "Tvitter" səhifəsi məlumat yayıb.

33 yaşlı hücumçu La Liqanın 14-cü turunda "Valensiya" ilə matçın (2:2) 45+5 dəqiqəsində fərqlənib. Bununla da o, "Barselona"da vurduğu qolları sayını 643-ə çatdırıb.

Bununla da, Messi bir klubda qolların miqdarına görə rekordçu Peleyə çatıb. Pele Braziliyanın "Santos" klubunda bu sayda qol vurub.

Argentinalı futbolçu 2003-cü ildən "Barselona"da oynayır. Pele isə 1956-1974-cü illərdə "Santos"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti