“Barselona”nın futbolçusu Mussa Vaqe karyerasını bitirə bilər.
Sportinfo.az xəbər verir ki, icarə əsasında Yunanıstanın PAOK klubunda çıxış edən 22 yaşlı müdafiəçi çempionatın “Aris”lə oyununda (0:1) zədələnib.
Tibbi müayinə zamanı futbolçunun ön, arxa və yan çarpaz bağlarının qopduğu aşkarlanıb. Bu zədə səbəbiylə futbolçunun karyerasını bitirəcəyi ehtimalı edilir.
Seneqallı futbolçu cari mövsümdə 12 matçda iştirak edib.

