"Real"ın Kərimi var: "Atletik"i əliboş yola saldılar - VİDEO

16 Dekabr 2020 15:40 İspaniya 886
"Real"ın Kərimi var: "Atletik"i əliboş yola saldılar - VİDEO

İspaniya çempionatının növbəti matçında “Real Madrid “Atletik"lə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, görüş Madridin “Alfredo di Stefano” stadionunda boş tribunalar qarşısında keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə qurtarıb.

Qaliblərin heyətində Toni Kroos və dubl etmiş Kərim Benzema fərqlənib. Rəqib komandanın yeganə qolunu Ander Kapa vurub.

Zinəddin Zidanın yetirmələri bu qələbədən sonra 26 xal toplayıblar və La Liqanın yarış cədvəlində üçüncü yerdə mövqe tutublar.

"Real" - "Atletik" 3:1
Qollar:
Kroos, 45+1, Benzema, 74; 90+2 - Kapa, 55

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM