Lionel Messinin “Barselona”nı tərk edəcəyi məsələsi yenidən aktuallaşıb.
Sportinfo.az xəbər verir ki, futbolçunu almaq əsas namizədlər PSJ ilə “Mançester Siti” hesab olunur.
Amma “şəhərlilər”in rəhbərliyi hesab edir ki, onlar bu mübarizədə PSJ-dən üstün durumdadır.
Bunu isə Xosep Qvardiola amili ilə əlaqələndirirlər. Ehtimallara görə, PSJ nə qədər çox məvacib təklif etsə də, Messi Qvardiolanın rəhbərliyi altında oynamağa üstünlük verəcək.
Yayda Leo “Barsa”nı tərk etmək istədiyini bildirmişdi. Amma tərəflər müqavilənin pozulması ilə bağlı razılıq əldə edə bilmədilər. Gözlənilir ki, 2021-ci ilin yayında Messi “Barsa”nı tərk etmək üçün daha bir cəhd göstərəcək.

