"Mən prezident olsam, Messi "Barselona"da qalacaq"

10 Dekabr 2020 23:00 İspaniya 791
"Mən prezident olsam, Messi "Barselona"da qalacaq"

"Barselona" prezidentliyinə namizəd Jordi Farre Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin komandadakı gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı "Onda Cero"ya açıqlamasında deyib:

"Messi ilə ailəsinin "Barselona"da qalmaq istədiklərini bilirəm. Bunun üzərində işləyəcəyik. Seçkilərdə qalib gəlsəm, Messi klubla müqaviləsini uzadacaq. Bu, avtomatik olaraq 25 yanvarda baş verəcək".

Messi ötən yay "Barselona"nı tərk etmək istəyib. Argentinalı hücumçunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM