"Vilyarreal"ın hücumçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçı buraxa bilər.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard La Liqanın XII turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matçda zədələnib.
İkinci hissədə meydana daxil olan ulduz sonadək meydanda ola bilməyib. İspaniyalı futbolçu əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə əvəzlənib.
Komandanın baş məşqçisi Unay Emeri mətbuat konfransında Alkaserin zədəsinin təzələndiyini söyləyib. Lakin forvardın sağalma prosesi ilə bağlı hər hansı bir məlumat verilməyib.
Alkaser “Qarabağ”la İstanbulda baş tutan ilk matçda sonradan meydana çıxaraq dubla imza atmaqla komandasına əzmkar qələbə qazandırmışdı.
Dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.

