VİDEO - "Vilyarreal"ın fikri "Qarabağ"ın yanında qalıb?

7 Dekabr 2020 09:20 İspaniya 881
VİDEO - "Vilyarreal"ın fikri "Qarabağ"ın yanında qalıb?

"Vilyarreal" klubu İspaniya La Liqasının XII turunda "Elçe"ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, "Estadio de la Keramika" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra "Vilyarreal" 12 oyundan 21 xalla 3-cü, "Elçe" 10 matçdan 14 xalla 10-cu yerdə qərarlaşıb.

"Vilyarreal" növbəti oyununu dekabrın 10-da keçirəcək. Həmin gün Avropa Liqasının I qrupunun VI tur matçına təsadüf edəcək görüşdə rəqib "Qarabağ" olacaq.

"Estadio de la Keramika"dakı matç saat 00:00-da başlayacaq. Son tur öncəsi "Vilyarreal" 13 xalla lider kimi 1/16 finala vəsiqəni təmin edib, "Qarabağ"ın isə 1 xalla axırıncı pillədə qalacağı dəqiqləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti