Komandası 8 qol buraxdı, Nazim Süleymanov “eybi yox” dedi

19 Dekabr 2023 16:30 I Divizion 1 060
Komandası 8 qol buraxdı, Nazim Süleymanov “eybi yox” dedi

"İrəvan" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz-Naxçıvan"a 2:8 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisinin baş məşqçisi Nazim Süleymanov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

- Komandanız niyə darmadağın oldu?

- Darmadağın deyəndə, hesab onu deyir. Amma matçın əvvəlində heç kim bunu deyə bilməzdi. Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi göz qabağındadır. İndiki futbol sürət futboludur. Səviyyə öz sözünü dedi. Komanda səbrli və nizamlı olmalıdır. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, 3 nəfəri oyuna buraxa bildik. Qapıçılarla birlikdə 17-18 oyunçumuz var. Liqada bir oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. İnsanların arzuları var. İştah diş altındadır. Amma səviyyə öz sözünü dedi. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təssüf ki, biz çox səhv etdik.

- Oyundan sonra futbolçulara nə dediz?

- Təbrik elədim. Dedim ki, eybi yox, yeni tarix yazdız. Çempionatdakı son matçdan sonra gələcəklə bağlı planlar quracağıq.

Digər Xəbərlər
Xəbər Lenti