“Mançester Yunayted”in 50 milyon avroluq təklifinə “yox” dedilər

7 Noyabr 2020 15:40 İngiltərə 480
“Mançester Yunayted”in 50 milyon avroluq təklifinə “yox” dedilər

“Mançester Yunayted” “Bayer”in futbolçusunu transfer etmək istəsə də, bu keçid alınmayıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Almaniya klubunun 21 yaşlı üzvü Mussa Diabi ilə güclənmək istəyib.

Bu keçid üçün ingilislər qarşı tərəfə 50 milyon avro təklif ediblər. Lakin “Bayer” bu təklifdən imtina edib. Klubun hücumçunu satmaq niyyətində olmadığı bildirilir.

Diabinin klubla müqaviləsi 2024-cü ildə başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti