"Cəsarətli olmağımız, var gücümüzü ortaya qoymağımız lazımdır"

7 Noyabr 2020 10:00 İngiltərə 369
"Cəsarətli olmağımız, var gücümüzü ortaya qoymağımız lazımdır"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 8-ci turunda "Mançester Siti" ilə keçirəcəkləri oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis "şəhərlilər"lə qarşılaşmanı futbol dünyasının ən çətin oyunu adlandırıb:

"Hər iki komanda üçün çətin bir matç olacaq. Bu il hər şey dəyişdi. Ona görə də əvvəlki illərlə müqayisə etmək olmaz. Belə oyunlar mənim xoşuma gəlir. Hazırlığı da sevirəm. Amma bu, bizim vəziyyətimizi asanlaşdırmır. Bazar günü keçiriləcək oyun bizim üçün həqiqətən də ağır olacaq.

Ötən il səfərdə "Mançester Siti"yə məğlub olduq. Lakin həmin oyun digərləridən daha fərqli nəzərə alınmalıdır. Çünkik o matçdan 3 gün əvvəl Premyer Liqanın çempionu olmuşduq.

Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur. Planla hərəkət etməyimiz, cəsarətli olmağımız və var gücümüzü ortaya qoymağımız lazımdır. Belə olanda qalib gəlmək üçün bir şansımız olacaq. "Mançester Siti" ilə matç futbol dünyasının ən çətin oyunudur".

8 noyabr "Etihad" stadionuna kerçiriləcək "Mançester Siti" - "Liverpıul" görüşü Bakı vaxtilə 18:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"