Premyer Liqa klubu hücumçusunu 1 aylıq itirdi

6 Noyabr 2020 01:28 İngiltərə 326
Premyer Liqa klubu hücumçusunu 1 aylıq itirdi

"Southempton"un bombardiri Deni İnqs bir müddət komandasına kömək edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu dizindən aldığı zədə səbəbindən əməliyyat olunacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

28 yaşlı forvard Premyer Liqada "Aston Villa"ya 4:3 hesabıyla qalib gəldikləri oyunda zədələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti