“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 3-cü turunda “Atalanta” ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, qarşılaşma “Liverpul”un qələbəsi ilə yekunlaşıb – 5:0.
Klopp komandasının hücum xəttinin gücünü xüsusi vurğulayıb:
“Lazım olan oyun səviyyəsini nümayiş etdirə bildik. Uşaqlar əla matç keçirdi, müdafiə və hücum inanılmaz dərəcədə yüksək səviyyədə idi. Oyunun orta xətdə təşkili, istək, oyunu oxumaq, hamısı üst səviyyədə idi.
5:0 hesabı ilə qalib gəlmək möhtəşəmdir. Amma Alison da 3 dəfə super seyv etdi. Rəqibin bizə qarşı nəsə ortaya qoyması çətin idi. Hansısa komandanın müdafiə xəttinin Mane, Jotı və Salahın qarşısını alması mümkünsüzdür. Ona görə də iş taktika, sistemdə deyil, komandadadır”.

