Qaret Beyl “Tottenhem”də ilk qolunu vurub.
Sportinfo.az xəbər verir ki, “Tottenhem” Premyer Liqanın 7-ci turunda “Barayton”a qalib gəlib – 2:1.
Beyl qarşılaşmanın 73-cü dəqiqəsində fərqlənib. Maraqlıdır ki, ona məhsuldar ötürməni də sabiq “Real”lı – Serxio Reqilon edib.
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo qarşılaşmadan sonra madridlilərə “ilişib”: “Gedim baxım, görüm, Madrid saytları nə yazırlar”.
31 yaşlı Beyl “Real”dan “Tottenhem”ə bu ilin sentyabrında qayıdıb.

