“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandanı kəskin tənaid edib.
Sportinfo.az xəbər verir ki, MY Premyer Liqanın 7-ci turunda “Arsenal”a məğlub olub – 0:1.
Kin bildirib ki, komandanın ciddi problemləri var: "Sulşer belə futbolçularla işini itirməli olacaq. Mən həqiqətən də “Mançester Yunayted”ə görə narahat oluram. Nədən başlamağımı istəyirsiz?
Komandada enerji, entuziazm, keyfiyyət yoxdur. Bu, məni narahat edir. Nə keyfiyyət var, nə də özünəinam. Mən bu komandada lider görmürəm”.

