Daha ağlamaqdan da keçib… Yenə 1 ay oynamayacaq

28 Oktyabr 2020 11:20 İngiltərə 387
Daha ağlamaqdan da keçib… Yenə 1 ay oynamayacaq

“Mançester Siti”nin hücumçusu Serxio Aquero yenidən zədələnib.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola Britaniya mətbuatına açıqlayıb.

O bildirib ki, argentinalı futbolçu 3-4 həftə meydana çıxa bilməyəcək: "Aquero zədəlidir. Bir futbolçu 4-5 aydan sonra meydana çıxırsa, zədələnmək riski olur.

Onun zədəsini sağaltması 3-4 həftə çəkə bilər. Bütün futbolçulara, hər kəsin tam hazır olmasına ehtiyacımız var”.

Uzun müddətdir zədədən əziyyət çəkən Aquero yenicə sağalmışdı. O, bu mövsüm cəmi bir oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti