“Liverpul” Van Daykı onunla əvəzləyir - TRANSFER ƏMƏLİYYATI

20 Oktyabr 2020 17:24 İngiltərə 897
“Liverpul” Van Daykı onunla əvəzləyir - TRANSFER ƏMƏLİYYATI

“Liverpul” zədə səbəbiylə mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək Vircil van Daykın boşluğunu yeni futbolçuyla doldurmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, “qırmızılar”ın əsas namizədi “Şalke”nin formasını geyinən Ozan Kabakdır.

Klub yay transfer dövründə də Kabakı heyətinə qatmaq istəmiş, amma bu keçid alınmamışdı. Futbolçunun transfer məbləği 35 milyon avro olaraq qiymətləndirilir.

Bundan başqa, “Liverpul”un “Napoli”dən Xaludi Kulibali və “Sevilya”dan Dieqo Karlosu da Van Daykın əvəzedicisi olaraq müəyyənləşdirdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!