Premyer Liqa klublarında 8 yeni yoluxma aşkarlandı

20 Oktyabr 2020 01:38 İngiltərə 590
Premyer Liqa klublarında 8 yeni yoluxma aşkarlandı

İngiltərə Premyer Liqası klublarında koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, ötən həftə ərzində aparılmış növbəti yoxlama nəticəsində üzə çıxıb.

Testdən ümumilikdə 1575 nəfər keçib. Yoluxanların hamısı 10 gün müddətinə təcrid olunublar. Adları açıqlanmayan şəxslər həftədə iki dəfə test verəcəklər.

Bu mövsüm Premyer Liqada ümumilikdə 32 yoluxma baş verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti