Poqbanın etirafı: “O komandada oynamaq istəyirəm”

9 Oktyabr 2020 13:40 İngiltərə 1 353
Poqbanın etirafı: “O komandada oynamaq istəyirəm”

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın “Real”a keçəcəyi ilə bağlı xəbər yenidən gündəmi zəbt edib.

Sportinfo.az xəbər verir ki, Poqba bu məsələyə münasibət bildirib.

O, “Real”da oynamaq istədiyini etiraf edib: “Bəli, hər bir futbolçu “Real”da oynamaq istəyir. Bu, hər kəsin arzusudur. Elə mənim də arzum bu komandada oynamaqdır.

Niyə bu arzunu nə vaxtsa reallaşdırmayım? Amma hazırda Mançesterdəyəm və klubumu da sevirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!