"İndi klubdakı bəzi adamları yaxşıca sillələmək lazımdır"

7 Oktyabr 2020 12:02 İngiltərə 630
"İndi klubdakı bəzi adamları yaxşıca sillələmək lazımdır"

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının son turunda "Tottenhem"ə 1:6 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Patris Evra böyük hesablı məğlubiyyətdən sonra keçmiş klubunu tənqid edib.

"Qırmızı şeytanlar"ın sabiq futbolçusu klub rəsmilərinin yaxşı silləyə ehtiyacları olduğunu bildirib.

"Futbolçuları tənqid etmək istəmirəm. Mən də bu klubda olmuşam. Lakin bu gecə üçün heç bir bəhanə yoxdur. Onlar bütün "Mançester Yunayted" azarkeşlərini üzüstə buraxdılar".

"Hazırda klubumda nə baş verir? Bu gün baş verənlər nədir? Pozitiv insanam və şiddətə qarşıyam. Amma indi klubdakı bəzi adamları yaxşıca sillələmək lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti