Koronavirusa yoluxan futbolçuların sayı 3-ə çatdı - "Liverpul"da

6 Oktyabr 2020 16:28 İngiltərə 617
Koronavirusa yoluxan futbolçuların sayı 3-ə çatdı -

İsveçrə millisinin və “Liverpul”un futbolçusu Xerdan Şakiri koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu haqda İsveçrə Futbol Federasiyasının saytı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçidən test nümunələri götürüldüyü və nəticələrin müsbət çıxdığı bildirilib. Oyunçu artıq karantinə alınıb.

Şaqiri Tiaqo Alkantara və Sadio Manedən sonra “Liverpul”un COVİD-19-a yoluxmuş 3-cü futbolçusudur.

X.Şakiri İsveçrə millisinin oktyabrın 7-də Xorvatiya ilə yoldaşlıq görüşünü, Millətlər Liqasında isə 10 oktyabr İspaniya və 13 oktyabr Almaniya yığması ilə matçları buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!