Kavani "Mançester Yunayted"də - 1+1 illik müqavilə

6 Oktyabr 2020 13:54 İngiltərə 1 096
Kavani "Mançester Yunayted"də - 1+1 illik müqavilə

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu yay PSJ-dən ayrılan və azad agent statusu daşıyan uruqvaylı hücumçu Edinson Kavanini transfer edib.

33 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Kavani 2013-cü ildən PSJ-də çıxış edirdi. O, Paris təmsilçisində 301 oyun keçirib, 200 qol, 43 məhsuldar ötürmə müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti