"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi "Portu"nun müdafiəçisi Aleks Tellesin transferini tamamlayıb.
27 yaşlı oyunçu ilə 4+1 illik müqavilə imzalanıb. Telles bu mövsüm Portuqaliya çempionatında 3 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.
"Portu" Tellesi "Qalatasaray"dan transfer etmişdi.

