Edinson Kavaninin yeni klubu məlum oldu

4 Oktyabr 2020 19:00 İngiltərə 979
Edinson Kavaninin yeni klubu məlum oldu

PSJ-dən ayrılan Edinson Kavaninin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, azad agent statusu daşıyan uruqvaylı hücumçu "Mançester Yunayted"lə 3 illik razılığa gəlib.

33 yaşlı futbolçunun transferi tezliklə açıqlanacaq. Təcrübəli futbolçu tezliklə Portuqaliyaya gəlib, yeni komandasına qoşulacaq.

Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!