“Mançester Siti” onların transferindən imtina etdi

1 Oktyabr 2020 18:34 İngiltərə 767
“Mançester Siti” onların transferindən imtina etdi

Uzun müddətdir müdafiəçi axtarışında olan “Mançester Siti” bu istəyindən imtina edib.

Sportinfo.az xəbər verir ki, “Benfika”dan Ruben Diaşı heyətinə qatan “şəhərlilər” yeni müdafiəçi transfer etməyəcək.

“Napoli”dən Xalidu Kulibali və “Sevilya”dan Jul Kundeni transfer etmək istəyən klub, hər iki futbolçunun keçidindən imtina edib.

“Mançester Siti” Diaş üçün “Benfika”ya 68 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti