Premyer Liqa klubu onu yenidən icarəyə götürdü

1 Oktyabr 2020 09:42 İngiltərə 620
Premyer Liqa klubu onu yenidən icarəyə götürdü

“Vest Bromviç” ötən mövsüm “Benfika”dan icarəyə götürdüyü Filip Krovinoviçi yenidən heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi yenə bir illik icarəyə götürülüb. 2019/20 mövsümünün əvvəlində də “Vest Bromviç” tərəfindən icarətə götürülən xorvat futbolçu bu komandada 40 oyuna çıxıb, 3 qola imza atıb.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Krovinoviç daha öncə Portuqaliyada “Rio Ave”nin də uğurları üçün çalışıb. O, 2017-ci ildən “Benfika”dadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti