Mançester klubları Liqa Kubokunda darmadağınla 1/4 finalda

1 Oktyabr 2020 01:38 İngiltərə 1 317
Mançester klubları Liqa Kubokunda darmadağınla 1/4 finalda

İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Nyukasl” aşağı liqa təmsilçisi “Nyuport”u yalnız penaltilər seriyasında məğlub edib. “Mançester Siti” səfərdə “Bernli” üzərində böyükhesablı qələbə qazanıb.

Mançesterin digər klubu, “Brayton”un qonağı olan “Mançester Yunayted” də həmşəhərliləri kimi üç cavabsız qolla 1/4 finala yüksəlib. “Everton” isə “Vest Hem”lə qarşılaşmada darmadağına sevinib.

İlk oyun günündə “Tottenhem” “Çelsi” üzərində qələbə ilə 1/4 finala yüksəlmişdi.

29 sentyabr

Tottenhem – Çelsi 1:1 (penaltilər 5:4)

30 sentyabr

Nyuport – Nyukasl 1:1 (penaltilər 4:5)

Bernli - Mançester Siti 0:3

Brayton - Mançester Yunayted 0:3

Everton - Vest Hem 4:1

1 oktyabr

20:30. Brentford - Fulhem

22:00. Aston Villa - Stok Siti

22:45. Liverpul – Arsenal

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti