"Əgər sussaq, heç nəyi dəyişə bilməyəcəyik" - SƏRT TƏNQİD

28 Sentyabr 2020 11:20 İngiltərə 487
"Əgər sussaq, heç nəyi dəyişə bilməyəcəyik" - SƏRT TƏNQİD

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol yarışlarının təqvimini tənqid edib.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Söhbət bir tək “Mançester Siti”dən getmir. Mən bütün klublar və ölkələr barədə danışıram. İndi heç kimi futbolçu düşündürmür. Hamı – Premyer Liqa, UEFA, İngiltərə Futbol Assosiasiyası yalnız öz marağı və biznesi barədə fikirləşir.

Futbolçuların 2 həftə hazırlıq imkanı oldu. İndi onlar 11 ay ərzində həftədə 3 matç keçirməlidir. Əgər sussaq, heç nəyi dəyişə bilməyəcəyik.

Mən başa düşürəm ki, koronavirusla bağlı durum bütün sahələr üçün istisnadır. Biz isə istisna deyilik. Hazırda bizim üç futbolçumuz milli komandalarının düşərgəsindən zədəli qayıdıb.

Klublar buna nəzarət edə bilmir. Milli komandalar futbolçuları 4 gün ərzində 2 oyuna çıxarıb. Unutmayaq ki, onlar insandır, robot deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"