Azərbaycanın U-17 və U-19 millisinin sabiq üzvünü icarəyə verdi

12 Avqust 2023 03:40 Bizimkilər 796
Azərbaycanın U-17 və U-19 millisinin sabiq üzvünü icarəyə verdi

"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi "Beşiktaş"futbolçusu Berkay Vardarı icarəyə verib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümün icarə əsasında Moldova "Şerif"ində keçirəcək.

B.Vardar Azərbaycanın U-17 millisində 3, U-19 millisində 3 oyuna çıxıb. O, daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.

"Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Bu komandalar arasında cavab matçı avqustun 17-də Türkiyədə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti