"Çelsi" mövsümün sonuna kimi icarəyə verdi - Batşuayini

10 Sentyabr 2020 22:20 İngiltərə 710
"Çelsi" mövsümün sonuna kimi icarəyə verdi - Batşuayini

"Çelsi" hücumçusu Mişi Batşuayini növbəti dəfə icarəyə verib.

Sportinfo.az xəbər verir ki, Belçika millisinin üzvü karyerasını Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"da davam etdirəcək.

26 yaşlı forvard London klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

Batşuayi 2016-cı ildə "Marsel"dən "Çelsi"yə 38 milyon avro qarşılığında transfer olmuşdu. Belçikalı hücumçu "Borussiya" (Dortmund) və "Valensiya" klublarında da icarə əsasında çıxış edib. O, 2019-cu ildə də "Kristal Pelas"a icarəyə verilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti