Premyer Liqa klubundan 25 milyonluq transfer

10 Sentyabr 2020 19:16 İngiltərə 500
Premyer Liqa klubundan 25 milyonluq transfer

“Everton” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Uotford”un yarımmüdafiəçisi Abdulaye Dukureni transfer edib.

Bu barədə Liverpul klubunun rəsmi saytı məlumat yayıb. Bu keçid 25 milyon avroya başa gəlib. “Everton” 27 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb. Dukure yeni komandasında 16 nömrəli formanı geyinəcək.

"Uotford” ötən mövsümün yekunlarına əsasən Premyer Liqadan aşağı dəstəyə yuvarlanıb. Dukure 2016-cı ildən formasını geyindiyi bu komandada 141 oyuna çıxıb, 17 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!