Paytaxt klubu 40 milyona satmağı düşünür - Hücumçunu

10 Sentyabr 2020 11:20 İngiltərə 447
Paytaxt klubu 40 milyona satmağı düşünür - Hücumçunu

"Arsenal"ın forvardı Aleksander Lyakazett komandadakı gələcəyinə aydınlıq gətirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, oyunçu rəhbərliklə satıla biləcəyi yönündə çıxan iddiaları müzakirə etmək istəyir.

Məlumata görə, London klubu 29 yaşlı futbolçunu 40 milyon funt sterlinq qarşılığında satmağı düşünür. Digər bir iddia isə onun “Atektiko”nun yarımmüdafiəçisi Tomas Parti ilə dəyişdiriləcəyidir.

“Topçular”ın komandanın digər hücumçusu Per Emerik Obameyanqla 3 illik müqavilə bağlaması Lyakazettin ayrılacağı ehtimalını daha da artırıb. Fransalı hücumçunun “Arsenal”la 2022-ci ilə qədər sözləşməsi var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"