“Mançester Yunayted”də qalmaq istəməyən Poqba təklif gözləyir

7 Sentyabr 2020 11:20 İngiltərə 680
“Mançester Yunayted”də qalmaq istəməyən Poqba təklif gözləyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yenidən “Yuventus”da çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu “qoca sinyora”ya qayıtmaq istəyir.

“Qırmızı şeytanlar”la yeni müqavilə imzalamağa tələsməyən fransalı futbolçu “Yuventus”un təklifini gözləyir. Məlumata görə, Poqba yanvar ayında son İtaliya çempionuna transfer edilə bilər.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2021-ci ilin yayında başa çatsa da, sözləşməni daha bir illik uzatmaq bəndi var. O, 2012-2016-cı illərdə Turin klubunun şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti