Premyer Liqa klubu Abdulaye Dukure ilə razılığa gəldi

3 Sentyabr 2020 15:18 İngiltərə 822
Premyer Liqa klubu Abdulaye Dukure ilə razılığa gəldi

"Real"dan Xames Rodriqes, "Napoli"dən Allan ilə anlaşan "Everton" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, Liverpul təmsilçisi "Uotford"un yarımmüdafiəçisi Abdulaye Dukure ilə razılığa gəlib.

"Everton" bu keçid üçün "eşşək arıları"na 25 milyon avro təzminat ödəyəcək. 27 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

"Uotford" Dukureni 2016-cı ildə Fransanın "Reyms" klubundan 10,6 milyon avroya transfer etmişdi. Fransalı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti