Xames Rodriqes "Everton"da

2 Sentyabr 2020 22:00 İngiltərə 1 294
Xames Rodriqes "Everton"da

"Everton" "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesin transferini tamamlayıb.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə 3 illik razılıq əldə edilib.

Onun illik maaşı 4 milyon funt-sterlinq olacaq. Liverpul təmsilçisi 29 yaşlı futbolçunun keçidi üçün Madrid klubuna 22 milyon funt-sterlinq təzminat ödəyib.

"Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Xames paytaxt klubunda keçirdiyi 125 oyunda 37 qol vurub, 42 məhsuldar ötürmə edib, 9 titul qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti