Klopp Kumanın arzusunun üzərindən xətt çəkdi

31 Avqust 2020 13:26 İngiltərə 1 341
Klopp Kumanın arzusunun üzərindən xətt çəkdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Barselona”nın maraq dairəsində olduğu deyilən Corcinyo Veynaldumla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis, Veynaldumun mümkün ayrılığı barədə danışıb:

“Bütün futbolçularımız heyətdədir, bu cür söhbətlər yayıla bilir. Hazırda Veynaldumla bağlı hər şey qaydasındadır. O, mövsümöncəsi hazırlıqda çox yaxşı oynadı və bizimlə yaxşı il keçirəcəyinə inanıram”.

“Barselona”nın baş məşqçi postuna gətirilən Ronald Kumanın Niderland millisindən yaxşı tanıdığı Veynaldumu komandasında görmək istədiyi bildirilir. Kuman daha əvvəl Niderland yığmasını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti