Messi Premyer Liqa klubunda 500 milyon avro qazanacaq

31 Avqust 2020 10:38 İngiltərə 2 540
Messi Premyer Liqa klubunda 500 milyon avro qazanacaq

"Mançester Siti"nin "Barselona"nın kapitanı Lionel Messiyə təklif etdiyi müqavilənin detalları mətbuata sızıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubu argentinalı futbolçuyla 5 illik sözləşmə imzalamağı planlaşdırır.

"Şəhərlilər" vergiləri çıxmaq şərti ilə 33 yaşlı oyunçuya ümumilikdə 500 milyon avro təklif edib. Leonun illik maaşı 50 milyon avro təşkil edəcək. Ancaq o, ilk 3 ili "Mançester Siti"də keçirməli olacaq.

Növbəti iki ildə isə klubun sahibinə məxsus MLS təmsilçisi "Nyu-York Siti"nin formasını geyinməli olacaq. Bu isə Messiyə əlavə 250 milyon avro bonus qazandıracaq. "Mançester Siti" belədə UEFA-nın maliyyə feyr-pley qaydalarını da pozmamış olacaq.

Superulduzun atası Xorxe Messi isə "Barselona" prezidenti Xosep Bartomeu ilə görüşmək üçün İspaniyaya yollanacaq. Futbolçunun menecerliyini edən atası sentyabrın 2-də klub rəhbəri ilə bir araya gəlməyi planlaşdırır.

Lionel Messinin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti