"Tottenhem" yeni transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Vulverhempton"un sağ cinah müdafiəçisi Mett Doertini transfer edib.
İrlandiya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Paytaxt klubu bu keçid üçün "canavarlar"a 15 milyon funt-sterlinq təzminat ödəyib. 28 yaşlı futbolçu 2010-cu ildən "Vulverhempton"da çıxış edirdi.

