"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının ilk matçlarında komandanın başında olmaya bilər.
Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis İspaniyada olduğu üçün İngiltərəyə qayıdan zaman 14 gün müddətində karantində olmalıdır.
Bildirilib ki, hazıra Barselonada istirahətdə olan 49 yaşlı çalışdırıcı bölgədəki yaxınlarını ziyarət edir.
Ddünya mətbuatında Qvardiolanın "Barselona"dan Lionel Messini transferi üçün argentinalı hücumçu ilə Barselonada görüş təyin etdiyi xəbərləri yayılıb.
"Mançester Siti" İngiltərə Premyer Liqasında yeni mövsümdə ilk oyununu sentyabrın 21-i "Vulverhempton"la qarşılaşacaq.

