İngiltərə Super Kubokunun qalibi bəlli oldu - VİDEO

30 Avqust 2020 00:56 İngiltərə 1 007
İngiltərə Super Kubokunun qalibi bəlli oldu - VİDEO

İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu titula tarixində 16-cı dəfə "Arsenal" layiq görülüb.

“Uembli” stadionunda keçirilmiş matçda ölkə kubokunun son sahibi çempion “Liverpul”la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1.

12-ci dəqiqədə "topçular"dan Pyer-Emerik Obameyanqın qoluna 73-cü dəqiqədə "qırmızılar"dan Takumi Minamino cavab verib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə isə "Arsenal" daha üstün olub - 5:4.

"Arsenal" – "Liverpul" 1:1 (penaltilər 5:4)

Qol: Obameyanq, 12 - Minamino, 73.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti