Millimizə gəlmədi, İspaniyada yoxlama matçında oynadı - VİDEO

29 Avqust 2020 18:06 İngiltərə 1 136
Millimizə gəlmədi, İspaniyada yoxlama matçında oynadı - VİDEO

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi “Albasete” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Sequnda təmsilçisi "Kastelyon"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Baş məşqçi Lukas Alkaras 28 yaşlı yarımmüdafiəçiyə start heyətdə şans verib. İsrafilovla birlikdə digər 10 oyunçu fasilədə əvəzlənib.

Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti