“Çelsi” növbəti transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi braziliyalı müdafiəçi Tiaqo Silva ilə müqavilə bağlayıb.
Təcrübəli oyunçu “zadəganlar”la 1+1 il müddətində müqavilə imzalayıb. Silva PSJ-dən “Çelsi”yə azad agent kimi keçib.
O, PSJ-yə “Milan”dan 42 milyon avroya keçmişdi.

