Paytaxt klubunun 4 futbolçusu karantinə alınıb

27 Avqust 2020 19:30 İngiltərə 815
Paytaxt klubunun 4 futbolçusu karantinə alınıb

“Çelsi”nin 4 futbolçusunun karantinə alındığı bildirilir.

Sportinfo.az xəbər verir ki, bunlar Temmi Abraham, Meyson Maunt, Kristian Pulişiç və Fikayo Tomoridir.

Məlumata görə, 4 oyunçu da Yunanıstanın Mikonos adasında tətildə olublar. Futbolçular istirahətdən qayıtdıqdan sonra klub bazasına gəlməyiblər.

London təsmilçisi mümkün koronavirus riskini nəzərə alaraq, oyunçuların karantinə alınmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti