“Mançester Siti” baş məşqçi Pep Qvardiola ilə müqavilə yeniləyir.
Sportinfo.az xəbər verir ki, rəhbərlik ispaniyalı mütəxəssisə sözləşməni bir il daha uzatmağı təklif edib.
Qvardiolanın “şəhərlilər”lə müqavilə müddəti 2020-21 mövsümünün sonunda başa çatır. Klub təcrübəli çalışdırıcı ilə əməkdaşlığı 2022-ci ilə qədər uzatmaq istəyir. Artıq tərəflərin danışıqlara başladığı bildirilir.
Qvaridola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. O, bu müddət ərzində iki dəfə Premyer Liqa çempionluğunu, ölkə və super kuboku qazanıb.

