"Arsenal" ötən mövsüm icarəyə götürdüyü futbolçular Pablo Mari və Sedrik Soareşi biridəfəlik heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Britaniya mətbuatı müdafiəçi Mari üçün "Flamenqo"ya 8 milyon avro təzminat ödənildiyini yazıb. London təmsilçisi digər müdafiəçi Soareşi isə "Sauthempton"dan pulsuz alıb.
Mari ötən mövsüm "Arsenal"da 3, Soareş isə 5 matçda iştirak edib.

