Premyer Liqa klubu 4 yeni müqavilə imzaladı

23 Avqust 2020 15:40 İngiltərə 812
Premyer Liqa klubu 4 yeni müqavilə imzaladı

"Kristal Pelas” dörd futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisində müdafiəçilər Ceffri Şlupp, Martin Kelli, yarımmüdafiəçi Ceyms Makartur, eləcə də qapıçı Stiven Hendersonla yeni müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Kelli 2014-cü, Şlupp 2017-ci, Makarturla Henderson isə 2019-cu ildən “Kristal Pelas”ın uğurları üçün çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti